Litvaya "Dron divarı" layihəsi çərçivəsində 1,6 milyard avro lazımdır

Digər ölkələr
  • 27 sentyabr, 2025
  • 13:12
Litvaya Dron divarı layihəsi çərçivəsində 1,6 milyard avro lazımdır

Litvanın "Dron divarı" layihəsi çərçivəsində maliyyə ehtiyacları 1,6 milyard avro təşkil edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Dovile Şakalene deyib.

"Bizim ilkin ehtiyacımız minimum 1,6 milyard avro təşkil edir - 1,1 milyard avro quru sərhədinin möhkəmləndirilməsi, 0,5 milyard avro pilotsuz uçuş aparatlarının identifikasiya vasitələri üçün lazımdır", - məlumatda deyilir.

D.Şakalene qeyd edib ki, layihənin iştirakçıları onun həyata keçirilməsi üçün maliyyə vəsaitinin bir hissəsini Avropa Müdafiə Sənayesinin İnkişafı Proqramı (EDIP) çərçivəsində əldə edə bilər, lakin ayrılan vəsait kifayət deyil.

"Proqram çərçivəsində 1,5 milyard avro vəsaitin ayrılması nəzərdə tutulur. Təkcə Litvanın ehtiyacları bu vəsaitdən çoxdur", - nazir deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti