Le Pen Fransadakı siyasi vəziyyəti "tamaşa" adlandırıb
- 08 oktyabr, 2025
- 17:01

Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ölkədəki siyasi vəziyyəti "tamaşa" adlandırıb.
"Report"un Fransa KİV-ə istinadən xəbər verir ki, o bunu Kurnon-d'Overn şəhərinə səfəri zamanı bildirib.
O, həmçinin parlamentin buraxılmasını və ya Fransa Prezidenti Emmanuel Makronun istefasını gözlədiyini bəyan edib.
"Reallıqda iştirak etdiyimiz tamaşa Prezident Makronun institutlara hörmət etməməsinin nəticəsidir. İnstitutlara müqavimət göstərməklə o, Fransa xalqına müqavimət göstərir. Bu, acınacaqlı bir tamaşadır, siyasətə, ölkəyə zərər verir", - Le Pen bildirib.
Le Pen, həmçinin qeyd edib ki, istənilən hökumətə qarşı etimadsızlıq votumunu dəstəkləyəcək. Eyni zamanda, o, parlamentin buraxılmasını qaçılmaz adlandırıb.