Lavrovla Rubio ABŞ və Rusiya arasındakı razılaşmaların icrasını müzakirə edib - YENİLƏNİB

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 20:24
Lavrovla Rubio ABŞ və Rusiya arasındakı razılaşmaların icrasını müzakirə edib - YENİLƏNİB

ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətində vurğulayıb ki, qarşıdan gələn ikitərəfli görüşlər Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli nizamlanması üzrə birgə iş üçün imkan yaradacaq.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət katibi qarşıdakı görüşlərin Moskva və Vaşinqtonun Prezident Trampın baxışına uyğun olaraq Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həllinə nail olmaqda əməkdaşlıq etmək imkanı kimi vacibliyini vurğulayıb", - məlumatda deyilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefonla danışıbş

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Söhbət zamanı iki ölkə liderləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə edib.

"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 16-da baş tutan telefon danışıqları zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımlarla bağlı konstruktiv müzakirələr aparılıb", - məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti