Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır
Digər ölkələr
- 11 sentyabr, 2025
- 13:54

Latviya bu gündən etibarən Belarus və Rusiya ilə sərhəd boyunca hava məkanını bağlayır.
"Report" xəbər verir ki, bu barədə Latviya KİV-ləri ölkənin müdafiə naziri Andris Sprudsa istinadən bildirib.
"Sentyabrın 11-də saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək", - Spruds bildirib.
Latviyanın müdafiə naziri izah edib ki, Belarus və Rusiya ilə sərhəddəki hava məkanı zonası risklərin qiymətləndirilməsindən sonra Milli Silahlı Qüvvələrin tövsiyəsi ilə bağlanıb.
"Çərşənbə günü Polşada baş verən hadisələr NATO-nun hava məkanının açıq şəkildə pozulmasıdır və Latviya müvafiq şəkildə hərəkət etməlidir. Hazırda Latviyaya qarşı birbaşa təhdid olmasa da, preventiv tədbirlər zəruridir", - o deyib.
Son xəbərlər
16:36
"Mançester Siti"nin futbolçusu sabiq klubuna qayıda bilər
Futbol16:32
Stubb: Ukraynanın Aİ-yə üzvlüyü Kiyev üçün ən güclü təhlükəsizlik zəmanətidir
Digər ölkələr16:32
Foto
ETX: Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
İKT16:25
IFC-nin eksperti: "Suyun idarə olunmasında qiymət siyasəti vacibdir"
İnfrastruktur16:24
Rusiya səfiri Niderland XİN-ə çağırılıb
Digər ölkələr16:22
Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib
Hərbi16:19
İngiltərə Futbol Assosiasiyası "Qarabağ"ın rəqibinə qarşı 74 ittiham irəli sürüb
Futbol16:18
Naxçıvanda yük və sərnişin daşınması 1 % artıb
İnfrastruktur16:16