KTMT, MDB və ŞƏT əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" imzalayıblar

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 16:18
KTMT, MDB və ŞƏT əməkdaşlığın inkişafı üzrə yol xəritəsi imzalayıblar

Pekində ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının və "ŞƏT+" formatının tədbirləri çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), MDB və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ali inzibati vəzifəli şəxslərinin görüşü keçirilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

"KTMT, MDB və ŞƏT-in qlobal sülhün və regional təhlükəsizliyin qorunmasında artan rol oynamağa çağırıldığı barədə yekdil fikir ifadə olunub. Yeni Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılmasına, iqtisadi əməkdaşlığın və mədəni sahədə qarşılıqlı fəaliyyətin inkişafına yönəlmə qeyd edilib. Avrasiyada inteqrasiya layihələrinin uyğunlaşdırılmasını və inkişaf mərkəzləri arasında münasibətlərin harmonizasiyasını təmin etmək barədə niyyət təsdiqlənib", - mətbuat xidmətindən bildirilib.