Kreml: Aİ Rusiyaya qarşı düşmən mövqeni davam etdirməkdədir
- 17 sentyabr, 2025
- 14:55

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsinin Moskvanın mövqeyinə təsir edə biləcəyini düşünməklə səhv edir.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Aİ və Avropa ölkələrinin bir çoxu Rusiyaya qarşı kifayət qədər düşmən mövqe davam etdirirlər. Onlar düşünürlər ki, sanksiyalar hansısa şəkildə Rusiyanın mövqeyini dəyişəcək. Bu yanlışdır.", - D.Peskov bildirib.
O, bu sözlərlə Aİ-nin Rusiya enerji daşıyıcılarından imtina prosesini sürətləndirmək planlarını və Rusiyanın kriptovalyuta, bank sektoru və energetikasına təsir edəcək 19-cu sanksiya paketini şərh edib.
D.Peskovun fikrincə, sanksiyalar ilk növbədə Aİ-nin iqtisadiyyatına zərər vurur.