Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı açıqlanıb

Biznes
  • 17 sentyabr, 2025
  • 16:50
Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı açıqlanıb

2024-cü ildə Azərbaycanda icraatda 1 385 vergi cinayəti işi olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, hesabat dövründə 19 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 

Ötən il başa çatmış cinayət işləri üzrə 55,3 milyon manat ziyan vurulub. Cinayət işləri üzrə dövlət büdcəsinə 32,5 milyon manat vəsait ödənilib.

Yaranma xüsusiyyətinə görə cinayət işlərinin 637 və ya 45,9 %-i başlanmış, 525 və ya 38 %-i icraatı təzələnmiş, 174-ü və ya 12,6 %-i əvəlki ildən icraatda qalmış, 42-si və ya 3 %-i  başqa işlərdən ayrılmış, 7-si və ya 0,5 %-i isə digər hüquq-mühafizə orqanlarından daxil olanlar olub.

Son xəbərlər

Bütün Xəbər Lenti