Konqoda silahlılar 15 nəfəri öldürüb
Digər ölkələr
- 06 avqust, 2021
- 19:49
Konqo Demokratik Respublikasının şərqində azı 15 nəfər son iki gün ərzində "Demokratik Qüvvələr İttifaqı" terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.
“Report” xəbər verir ki, bu barədə yerli icmalara istinadən “Agence France-Presse” (AFP) bildirib.
Məlumata görə, Şimali Kivu əyalətində, Beni ərazisində iki hücum edilib. Birinci hücumu silahlılar avqustun 5-də həyata keçiriblər və Mbinqi kəndində 10 nəfəri öldürüblər. Növbəti gün onlar Mbinqidən 1 kilometr məsafədə yerləşən başqa kəndə hücum ediblər və daha 5 sakini öldürüblər.
Terrorçulara qarşı mübarizə üçün əraziyə ordu hissələri göndərilib.
Son xəbərlər
22:41
Astarada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Hadisə22:40
Foto
Xamenei: İran danışıqlarda ABŞ-nin mövqeyini qəbul etməyəcək - YENİLƏNİB
Region22:31
Video
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Xarici siyasət22:30
Bakı–Naxçıvan reysləri ləğv edilib
İnfrastruktur22:24
Çexiya və CAR oyununun ən yaxşısı açıqlanıb
Futbol22:23
Bolqarıstan "Lukoyl"un Aİ-nin sanksiyalar paketindən çıxarılmasına çalışacaq
Digər ölkələr22:13
Küveyt neft sektorunda fors-major rejimini ləğv edib
Energetika21:59
Foto
DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-5
Futbol21:35