Konqoda leysan 30 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
- 06 aprel, 2025
- 20:09
Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada son iki gündə daşqına və torpaq sürüşməsinə səbəb olan güclü yağışların təsiri səbəbindən azı 30 nəfər ölüb.
“Report” “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə Kinşasa əyalətinin Səhiyyə Departamentinin rəhbəri Patrisian Qonqo Abakazi bildirib.
"30 ölüm qeydə alınıb", - o deyib. "Yaralananların və zərərçəkənlərin sayı xeylidir", - Patrisian Qonqo Abakazi deyib.
Qeyd edək ki, daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi. Aprelin 5-nə keçən gecə Kinşasaya yağan leysan Cili çayında suyun artmasına, bir sıra paytaxt məhəllələrini su basmasına səbəb olub. Bəzi ərazilərdə torpaq sürüşmələri binaların dağılmasına səbəb olub. Şəhərin infrastrukturuna ciddi ziyan dəyib.
Son xəbərlər
17:48
Musiqi üzrə qabiliyyət imtahanlarına start verilib
Elm və təhsil17:43
Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi 172 milyon manata yaxınlaşıb
Biznes17:38
Foto
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda fermerlərə sığorta ödənişləri edib
ASK17:30
Aleksandr Plyuşenkonun beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməsinə icazə verilib
Fərdi17:27
"Şəfa" Vlad Marian Popu heyətinə cəlb edib
Futbol17:25
Foto
Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib
Hərbi17:24
Yaponiyada 6 maqnitudalı zəlzələ olub
Digər ölkələr17:21
Foto
İçərişəhərdə əmək yarmarkası keçirilib, 322 aktiv iş yeri təqdim edilib
Sosial müdafiə17:18