Yaponiyada 6 maqnitudalı zəlzələ olub

Digər ölkələr
  • 01 iyul, 2026
  • 17:24
Yaponiyada 6 maqnitudalı zəlzələ olub

Honsyu adasında (Yaponiya) 6,0 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

Zəlzələnin ocağı 44 km dərinlikdə yerləşib. Yeraltı təkanlar 239 min nəfər əhalisi olan Hatinohe şəhərindən 84 km aralıda baş verib.