Koalisiya Suriyada ABŞ hərbçilərinin yaralanması xəbərinə aydınlıq gətirdi
- 23 mart, 2021
- 22:44
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bildirib ki, Suriyanın Deyr-ez-Zor əyalətində raket atəşi zamanı Amerika hərbçilərinin yaralanması haqqında xəbərlər həqiqətə uyğun deyil.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi xəbər verib.
Qeyd edilir ki, Livanın “Al-Mayadeen” telekanalının hücum zamanı bir neçə hərbçinin zərər çəkməsi haqqında yaydığı informasiyası yanlışdır.
"Bu səhər bir raket Konikoda ABŞ-ın hərbi qüvvələrindən bir neçə yüz metr məsafədə yerə düşdü. Yaralılar və ziyan yoxdur", - koalisiyanın nümayəndəsi qeyd edib.
Hazırda Deyr-ez-Zorda atəşin iştirakçıları müəyyən edilməyib. Həmçinin yaralılar haqqında yeni informasiya yoxdur.
Livanın “Al-Mayadeen” telekanalı daha əvvəl Deyr-ez-Zor əyalətində hücum vaxtı bir neçə nəfərin zərər çəkməsi barədə bildirib. Telekanal iddia edib ki, ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.