Kiyevdə su və istilik təchizatı dayandırılıb
Digər ölkələr
- 10 yanvar, 2026
- 15:05
Kiyevdə yanvarın 10-u səhərdən su və istilik təchizatı, eyni zamanda, elektriklə işləyən nəqliyyatın hərəkəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
"Ukrenerqo" Milli Enerji Şirkətinin göstərişi ilə şəhərdə qəza elektrik kəsintisi tətbiq edilib. Su və istilik təchizatı, elektrik nəqliyyatı sistemlərinin işi dayandırılıb", - inzibati orqan vurğulayıb.
Enerji mütəxəssisləri bütün sistemləri mümkün qədər tez normal rejimə qaytarmaq üçün bərpa işləri aparırlar.
"Əvəzləyici avtobus marşrutları işə salınacaq", - məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya yanvarın 10-na keçən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və 120-dən çox dron ilə zərbə endirib.
Son xəbərlər
00:33
KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
Region00:12
DÇ-2026: Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol00:06
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
Daxili siyasət23:50
Azərbaycanın dövlət xadimi Hidayət Orucov vəfat edib
Hadisə23:38
Leysan və dolu Ankarada subasmaya səbəb olub
Region23:22
Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını keçiriblər
Komanda23:19
Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub
Region23:05
Gürcüstanlı analitik: Ermənistandakı parlament seçkiləri Qərbin ikili standartlarını bir daha üzə çıxardı
Region22:50