Kiyevdə Avropa ilə Ukraynanın sülh planına dair danışıqlar başlayıb - YENİLƏNİB

Digər ölkələr
  • 03 yanvar, 2026
  • 16:21
Kiyevdə Avropa ilə Ukraynanın sülh planına dair danışıqlar başlayıb - YENİLƏNİB

Ukrayna Kiyevdə Avropadan olan tərəfdaşlarla təhlükəsizlik zəmanətləri və sülh planına yanaşmalarla bağlı birgə işə başlayıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.

Onun sözlərinə görə, görüşlərdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Prezident Ofisinin müşaviri Aleksandr Bevz iştirak edirlər.

Danışıqların birinci bloku çərçivə sənədlərinə həsr edilib. Söhbət xüsusilə, Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən, sülh planının formalaşdırılmasına yanaşmalardan və tərəfdaşlarla gələcək birgə addımların ardıcıllığının razılaşdırılmasından gedir. R.Umerov vurğulayıb ki, iş Ukrayna ilə Avropa müttəfiqlərinin ümumi məsuliyyətinə əsaslanacaq qərarların hazırlanmasına yönəlib.

"RBK-Ukrayna"nın məlumatına görə, iclasda Avropa və NATO ölkələrinin 18 nümayəndəsi iştirak edib. Həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iqtisadi sessiyaya qoşulacağı məlumdur.

Digər sessiyalara ABŞ Prezidentinin kürəkəni Cared Kuşner qatılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti