Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək
Hadisə
- 07 yanvar, 2026
- 12:19
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Neftçalada vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a xidmətdən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da SHXÇDX rəisi Xidmətin Neftçala rayon şöbəsinin inzibati binasında Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 12 yanvar tarixinədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
Son xəbərlər
19:53
Səfir: Kolumbiya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi görür
Xarici siyasət19:43
Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib
Digər ölkələr19:33
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
Hadisə19:23
İspaniyada meşə yanğınında ölənlərın xatirəsinə üçgünlük matəm elan edilib
Digər ölkələr19:11
Foto
Liberiya Prezidenti Türkiyədə səfərdədir
Region18:47
Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib
Digər ölkələr18:37
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclis18:37
Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb
Biznes18:25