KİV: Yeni baş nazir tapmaqda çətinliklər Makronun istefasına səbəb ola bilər
- 09 sentyabr, 2025
- 21:49
Fransanın yeni baş nazir tapmaqda çətinlikləri prezident Emmanuel Makronun hakimiyyəti bahasına başa gələ bilər.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" qəzeti yazır.
Nəşr qeyd edir ki, Makron növbədənkənar parlament seçkiləri təyin edə və ya istefa verə bilər. Nəşr hələlik birinci variantı qeyri-mümkün hesab edir. Çünki prezident mərkəzçi koalisiyası yalnız parlamentdəki yerləri itirəcək, rəqiblərinin mövqelərini daha da gücləndirəcək.
"Amma daha radikal variant Makronun istefa verməsi olardı ki, bu da növbədənkənar prezident seçkilərinə səbəb olar. Bu, yalnız bir dəfə Beşinci Respublika dövründə, Şarl de Qollun 1969-cu ildə referendumda qalib gələ bilmədikdən sonra hakimiyyətdən getdiyi zaman baş verdi", - məqalədə qeyd edilir.
Qəzet vurğulayır ki, hüquqi nöqteyi-nəzərdən prezident istədiyi adamı təyin edə bilər, siyasi baxımdan isə 2026-cı ilin büdcəsini qəbul etmək üçün ən azı kifayət qədər uzun müddət Milli Assembleyanın 577 deputatı üçün məqbul sayılacaq birini seçmək lazımdır.
"Hər hansı bir hökumətin gəlişi parlamentdə üç blokun güclü şəkildə təmsil olunması ilə iflic vəziyyətinə düşmüş parlamentdəki mürəkkəb siyasi vəziyyəti dəyişməyəcək: solçu partiyalar, sağ mərkəzçi koalisiya və ifrat sağçı. Belə şəraitdə mövcud ola biləcək baş nazir tapmaq olduqca çətindir", - "The New York Times" qeyd edir.