KİV: Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlaşdırır
Digər ölkələr
- 25 sentyabr, 2025
- 08:35
ABŞ Prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.
"Report"un xəbərinə görə, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilir. Trampın oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.
Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq. "Kyodo" qeyd edib ki, Yaponiya oktyabrın sonuna kimi Yeni baş nazir seçəcək.
Son xəbərlər
07:35
Delaver ştatında xəstəxanada atışma olub, bir nəfər ölüb
Digər ölkələr07:26
Lionel Messi Argentina - Əlcəzair matçının ən yaxşı oyunçusu olub
Futbol07:14
Messi mundialların ən məhsuldar futbolçuları sırasında Klozeyə çatıb
Futbol07:00
DÇ-2026: Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb - YENİLƏNİB-6
Futbol06:57
İsveçrə "F-35" alışına 496 milyon dollar ayıracaq
Digər ölkələr06:34
Stole Solbakken: "İraqla matçda ilk hissədəki qollar bizə üstünlük qazandırdı"
Futbol06:07
ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib
Digər ölkələr05:39
Messi altı dünya çempionatında oynayan ilk futbolçu olub
Futbol05:29