KİV: Husilər BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıblar
Digər ölkələr
- 31 avqust, 2025
- 21:35
"Ənsar Allah" (husilər) qiyamçı hərəkatının təhlükəsizlik qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) humanitar təşkilatın bəyanatına istinadən məlumat yayıb.
Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri BMT-nin Ümumdünya Ərzaq Proqramının Sənadakı ofislərində axtarışlar aparıb və işçilərdən birini saxlayıb. BMT agentliyinin nümayəndələri Yəmənin digər bölgələrində də həmkarlarının saxlanması barədə məlumat alıblar.
BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşının saxlanması İsrailin "Ənsar Allah" lideri Əbdülməlik əl-Husinin çıxışı zamanı husilərin nəzarətində olan Sənadakı hədəfləri vurmasından bir neçə gün sonra baş verib.
Son xəbərlər
19:05
İsrail daha bir həlak olmuş girovun meyitini alacaq
Digər ölkələr19:01
"AFEN Plaza"da partlayışda xəsarət alanlardan üçü evə buraxılıb
Sağlamlıq19:00
Stubb və Ərdoğan Rusiya‑Ukrayna müharibəsinin nizamlanması üzrə səyləri müzakirə ediblər
Digər ölkələr18:59
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının V turunun oyunları eyni gündə baş tutub
Komanda18:55
Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə döyüş gəmisi satıb
Region18:50
Azərbaycan Basketbol Liqası: "Ordu" "Sərhədçi" kollektivini böyük fərqlə məğlub edib
Komanda18:31
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
Maliyyə18:24
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
Xarici siyasət18:22
Foto