KİV: HƏMAS və İsrail vasitəçiləri yeni atəşkəs təklifi irəli sürüblər

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 00:16
KİV: HƏMAS və İsrail vasitəçiləri yeni atəşkəs təklifi irəli sürüblər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında vasitəçilər Qəzza zolağında 10 israilli girovun azad edilməsi və iki aylıq atəşkəsin daxil olduğu yeni təklif irəli sürüblər.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, təklifin şərtlərinə əsasən HƏMAS ABŞ-nin Qəzzada atəşkəsin iki ay davam edəcəyinə və humanitar yardımın çatdırılmasına icazə verəcəyinə zəmanət verməsi müqabilində Fələstin anklavında saxlanılan 10 saa girovu, həmçinin ABŞ vətəndaşlığı olan iki girovun cəsədini təhvil verməlidir.

Kanal iddia edir ki, nə HƏMAS, nə də İsrail hələlik öz cavablarını təqdim etməyib.

Bundan əvvəl "Fox News" xəbər verib ki, fələstinli radikallar ABŞ prezidenti Donald Trampa məktub yazaraq ondan girovların yarısının dərhal azad edilməsi müqabilində Qəzzada 60 günlük fasiləyə şəxsən zəmanət verməsini xahiş ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti