"Qızıl top" mükafatının sahibi bəlli olub

Futbol
  • 23 sentyabr, 2025
  • 01:03
Qızıl top mükafatının sahibi bəlli olub

"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bəlli olub.

"Report" xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçirilib.

Fransa seçməsinin və PSJ klubunun hücumçusu Usman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qadınlarda "Qızıl top"a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və "Barselona"nın üzvü Aitana Bonmati layiq görülüb.

2025-ci ilin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin və "Barselona" komandasının üzvü Lamin Yamal seçilib.

İlin ən yaxşı kişi məşqçisi Fransanın PSJ klubunun çalışdırıcısı Luis Enrike və ilin ən yaxşı qadın məşqçisi isə İngiltərə millisinə rəhbərlik edən Sarina Vieqman müəyyən edilib.

Bundan başqa "Qızıl top"un təltifetmə mərasimində "Lev Yaşin" mükafatı PSJ klubunun italiyalı qapıçısı Canluici Donnarummaya təqdim edilib. Fransanın PSJ klubu ilin ən yaxşı klubu mükafatının qalibi olub.

Qeyd edək ki, ötən il İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti