KİV: BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner ilə Qəzzadakı vəziyyəti müzakirə edib
Digər ölkələr
- 23 oktyabr, 2025
- 06:04

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin milli təhlükəsizlik müşaviri şeyx Tahnun bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev sahibinin kürəkəni Cared Kuşner ilə atəşkəs rejiminin əldə olunmasından sonra Qəzza bölgəsindəki vəziyyəti müzakirə edib.
"Report"xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.
İki ölkənin nümayəndələri arasında danışıqlar Uitkoff və Kuşnerin İsraildəki səfərini başa vurduqdan sonra Əbu-Dabidə keçirilib. Agentlik qeyd edib ki, görüşün iştirakçıları həmçinin ABŞ-nin prezident Donald Trampın planı çərçivəsində əldə edilmiş razılaşmanın möhkəmləndirilməsini təmin etmək üçün göstərdiyi səyləri müzakirə ediblər.
Son xəbərlər
09:28
UEFA Çempionlar Liqası: "Qarabağ" bir nominasiyada ikinci pillədə qərarlaşıb
Futbol09:22
UEFA Avropa Liqası: Liqa mərhələsində III turun oyunları keçiriləcək
Futbol09:18
Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Energetika09:08
Video
DİN yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib
Hadisə09:03
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək
Komanda09:02
Bakıda avtomobildə partlayış olub, xəsarət alan var
Hadisə09:02
KİV: ABŞ və Türkiyə ekspertləri Honkonqdakı təyyarə qəzasının araşdırılmasına kömək edəcəklər
Digər ölkələr09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.10.2025)
Maliyyə09:01