KİV: Avropa və Ukrayna müharibəni bitirmək üçün 12 bəndlik plan hazırlayır

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 21:31
KİV: Avropa və Ukrayna müharibəni bitirmək üçün 12 bəndlik plan hazırlayır

Avropa ölkələri Kiyevlə birlikdə Rusiya-Ukrayna müharibəsinin həlli üçün 12 bəndlik plan hazırlayır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Belə ki, təklif olunan planın həyata keçirilməsinə ABŞ Prezidenti Donald Trampın sədrlik etdiyi Sülh Şurası nəzarət edəcək.

Plana hər iki ölkənin hücumlarını dayandırması, bütün uşaqların Ukraynaya qaytarılması, hərbi əsirlərin dəyişdirilməsi, Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi, yenidənqurma məqsədilə maliyyə vəsaitinin və Aİ-yə üzvlük üçün sürətləndirilmiş yol təqdim edilməsi öhdəlikləri daxildir.

Rəsmi Moskvaya qarşı sanksiyalar tədricən aradan qaldırılacaq, lakin bu ölkənin Mərkəzi Bankının dondurulmuş ehtiyatlarının təxminən 300 milyard dolları yalnız Rusiyaya Ukraynanın müharibədən sonrakı bərpasına töhfə verməyə razı olmasından sonra qaytarılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti