KİV: Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Digər ölkələr
  • 22 oktyabr, 2025
  • 23:02
KİV: Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı növbəti 19-cu məhdudlaşdırıcı tədbirlər paketini dəstəkləyiblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Aİ Şurasında Danimarka sədrliyinə istinadən məlumat yayıb.

"Aİ-nin son ölkəsi 19-cu sanksiyalar paketinə qarşı öz etirazlarını geri götürdü", - məlumatda qeyd olunub.

Sanksiyalar paketinin qüvvəyə minməsi üçün onu Aİ Şurası nazirlər səviyyəsində təsdiq etməlidir: "Yazılı (təsdiqləmə - red.) prosedur başlanıb. Əgər etirazlar olmazsa, sanksiyalar sabah səhər saat 08:00-a qədər (Bakı vaxtı ilə 10:00) təsdiqlənəcək".

Əvvəlki məlumatlara görə, Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə 40 milyard avrodan çox məbləğdə ticarət məhdudiyyətləri daxil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti