KİV: Vaşinqtonun hədəfi Qrenlandiyanı satın almaqdır - YENİLƏNİB
- 07 yanvar, 2026
- 02:30
ABŞ Dövlət katibi Marko Rubio amerikalı qanunvericilərə bildirib ki, Vaşinqton üçün prioritet variant Qrenlandiyanın satın alınmasıdır, hərbi müdaxilə isə nəzərdə tutulmur.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Rubio bu barədə bazar ertəsi ABŞ Konqresinin üzvləri ilə qapalı görüşdə çıxış edib.
Ağ Ev Qrenlandiyanın əldə olunması üçün bütün mümkün variantları, o cümlədən adanın satın alınması və ya silahlı qüvvələrin tətbiqini nəzərdən keçirir.
"Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Donald Trampın administrasiyasından adının açıqlanmasını istəməyən rəsmi bildirib.
"Qrenlandiyanın əldə olunması məsələsi gündəmdən düşməyəcək və Tramp NATO liderlərinin etirazlarına baxmayaraq, razılaşma əldə etməyə çalışır", – deyə agentliyin həmsöhbəti vurğulayıb.