KİV: ABŞ Milli Qvardiyasının hərbçilərini öldürən şəxs Əfqanıstan vətəndaşıdır

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 07:06
KİV: ABŞ Milli Qvardiyasının hərbçilərini öldürən şəxs Əfqanıstan vətəndaşıdır

Vaşinqtonun mərkəzində ABŞ Milli Qvardiyasının hərbi qulluqçularına atəş açaraq öldürən şəxs Əfqanıstan vətəndaşıdır.

"Report"un məlumatına görə, bu barədə "CBS News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, hücumçunun adı Rəhmanulla Laqanvaldır. O, ABŞ-yə 2021-ci ildə gedib.

Qeyd edək ki, hadisə zamanı iki hərbçi həlak olub.

Son xəbərlər

Bütün Xəbər Lenti