ASA-nın "Nitq mədəniyyəti" təlimi uğurla yekunlaşıb
- 27 noyabr, 2025
- 08:22
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Tədris Mərkəzində sığorta sektorunun nümayəndələri üçün keçirilən "Nitq mədəniyyəti" mövzusunda təlim uğurla başa çatıb.
"Report" xəbər verir ki, təlim Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev tərəfindən aparılıb.
Proqram çərçivəsində iştirakçılar:
Nitq mədəniyyəti və çıxış üslubu,
kamera qarşısında davranış və təqdimat bacarıqları,
jurnalist müsahibələrinə hazırlıq qaydaları,
pauza, tələffüz, vurğu və intonasiya prinsipləri,
auditoriya ilə effektiv kommunikasiya,
ictimai çıxış zamanı stresin idarə olunması
kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim zamanı real situasiyalar əsasında praktik məşqlər, simulyasiyalar və rol modelləşdirməsi aparılıb. Bu məşğələlər iştirakçıların nitq texnikası, məzmun strukturlaşdırılması və canlı çıxış təhlükəsizliyinin gücləndirilməsinə xidmət edib.
Sonda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta sektorunda çalışan mütəxəssislərin peşəkar inkişafına dəstək məqsədilə mütəmadi olaraq ixtisasartırma proqramları, seminarlar və təlimlər həyata keçirməyə davam edəcək.