ABŞ-nin Yaxın Şərqdəki döyüş gəmilərinin sayı 13-ə çatıb

Digər ölkələr
  • 18 fevral, 2026
  • 16:04
ABŞ-nin Yaxın Şərqdəki döyüş gəmilərinin sayı 13-ə çatıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasında hərbi dəniz qruplaşması daha bir esmineslə artaraq 13-ə çatıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.

Bildirilib ki, qruplaşmaya "USS Pinckney" raket esminesi qoşulub. Məlumata görə, o, bu yaxınlarda CENTCOM-un məsuliyyət zonasına daxil olub.

CENTCOM-un məsuliyyət zonasındakı bütün esmineslər uçuş məsafəsi 1,6 min km olan "Tomahawk" qanadlı raketləri ilə təchiz edilib.

"Army Recognition" nəşrinin məlumatına görə, Pentaqon Yaxın Şərq yaxınlığında 154 "Tomahawk" qanadlı raketi daşımaq qabiliyyətinə malik olan "USS Georgia" atom sualtı qayığını yerləşdirib. Regionda həmçinin bu tip 12 raketlə təchiz edilmiş "USS South Dakota" zərbə atom sualtı qayığı da mövcuddur.

Son həftələrdə ABŞ Prezidenti Donald Tramp əsas mübahisəli mövzular üzrə İranla razılığa gələ biləcəyinə dəfələrlə ümid etdiyini bildirib. Bu bəyanatlar İran yaxınlığında əhəmiyyətli ABŞ qüvvələrinin cəmləşməsi fonunda səslənir. ABŞ-nin hazırkı administrasiyası Tehrandan nüvə proqramından imtina etməyi və raket proqramını məhdudlaşdırmağı tələb edir.

Son xəbərlər

Bütün Xəbər Lenti