Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 14:14
Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhün əldə olunmasında maraqlı deyil.

"Report" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa Parlamentində çıxışı zamanı deyib.

"Putin sülhdə qətiyyən maraqlı deyil və onu məcbur etməyənə qədər müharibəni dayandırmayacaq", - K.Kallas bildirib.

Diplomatiya rəhbəri həmçinin vurğulayıb ki, Avropa Rusiyanı çəkindirməyə davam etməkdə qətiyyətlidir.

"Rusiya Ukraynanın, eləcə də bizim qətiyyətimizi qıra bilmədi", - o deyib.

K.Kallasın sözlərinə görə, Rusiya müharibədə qalib gələ bilməyəcək. Moskva döyüş meydanından çıxmalı və Ukrayna ilə danışıqlara başlamalıdır. Sülh bərqərar olduqdan sonra Rusiyanın yenidən silahlanmasına yol vermək olmaz.

O bildirib ki, Avropa İttifaqı ölkələri oktyabra qədər Ukraynaya 2 milyon artilleriya mərmisi tədarük etmək niyyətindədir.