Kallas: Yeni sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən sektorlara yönəlib

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 17:37
Kallas: Yeni sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən sektorlara yönəlib

Avropa İttifaqının (Aİ) 19-cu Rusiyaya qarşı sanksiyalar paketi bu ölkənin Ukraynaya qarşı təcavüzünü dəstəkləyən əsas sektorlara yönəlib.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu paketi təqdim edərkən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Bizim sanksiyalarımız Rusiyanın dövlət maliyyəsinə və iqtisadi artımına nəzərəçarpan təsir göstərir. Kremlin təcavüzü davam etdirmək üçün hər hansı gəlir mənbəyi hədəfdir", - o vurğulayıb.

K.Kallasın sözlərinə görə, yeni paket Rusiya bankları və maliyyə qurumlarının əməliyyatlarına tam qadağa təkliflərini əhatə edir: "Buraya üçüncü ölkələrdə fəaliyyət göstərənlər də daxildir".

"Biz, həmçinin sanksiyalardan yayınmada iştirak edən, Rusiyanın hərbi sənayesini dəstəkləyən iri iqtisadi operatorları, eləcə də Rusiyanın kredit kartı sistemini və sürətli ödəniş sistemini bu siyahıya əlavə etməyi təklif edirik", - o bildirib.

Tədbirlər arasında müharibə ilə əlaqəli Rusiyanın Xüsusi iqtisadi zonalarına investisiyalara qadağa, həmçinin ölkənin hərbi sənayesini dəstəkləyən Çin subyektlərinə qarşı sanksiyalar var.

Son xəbərlər

Bütün Xəbər Lenti