BMT TŞ İrana qarşı sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib
- 19 sentyabr, 2025
- 19:48

BMT Təhlükəsizlik Şurası (TŞ) İrana qarşı 2015-ci ildə ləğv edilmiş sanksiyaların bərpasını əngəlləməyi nəzərdə tutan qətnamə layihəsini rədd edib.
"Report" xəbər verir ki, dörd ölkə - Rusiya, Çin, Pakistan və Əlcəzair sanksiyaların qaytarılmasının əleyhinə səs verib. TŞ-nin doqquz üzvü isə sanksiyaların yüngülləşdirilməsinə qarşı çıxıb. İki ölkə bitərəf qalıb.
Qeyd edək ki, Avropa "üçlüy"ü Tehran hökuməti qarşısında üç şərt qoyub: ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətlərini dayandırmaq və zənginləşdirilmiş uran haqqında məlumat vermək.
Bu şərtlərə əməl etmək üçün Tehrana 30 gün vaxt verilib. Əks halda, "snapback" mexanizmi tətbiq olunacaq, yəni BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yenidən qüvvəyə minəcək.
Bu il avqustun 28-də Avropa "üçlüy"ü BMT Təhlükəsizlik Şurasına "snapback" mexanizminin işə salınmasını tələb edən məktub göndərib.