İsveçin XİN başçısı: Rusiyaya qarşı 100 sanksiya paketi görmək istərdim

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 10:29
İsveçin XİN başçısı: Rusiyaya qarşı 100 sanksiya paketi görmək istərdim

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard ABŞ-nin Ukrayna üzrə yeni sülh planı haqqında məlumatları şayiə kimi xarakterizə edib.

"Report"un məlumatına görə, bu barədə, o, "Politico" nəşrinə açıqlama verib.

"Hər hansı danışıqların aparılması barədə şayiələr ortaya çıxan kimi insanlar diqqətlərini itirirlər. İndiyə qədər bu, bizim üçün heç bir nəticə verməyib. Ona görə də düşünürəm ki, mənim vəzifəm ölkələrin (Qərb) Rusiyaya təzyiqi artırmağa və Ukraynaya dəstəyi gücləndirməyə davam etmələrini təmin etməkdir. Çünki bu, barışıq ilə bağlı şansı artıra bilər", - İsveç-in XİN başçısı bildirib.

O, Qərb ölkələrini Rusiyaya təzyiq göstərməyi davam etdirməyə çağırıb və bu ölkəyə qarşı 100 sanksiya paketi görmək istədiyini etiraf edib.

Son xəbərlər

Bütün Xəbər Lenti