İsrail XİN rəhbərinin sözləri İspaniyada etiraz doğurub
Digər ölkələr
- 16 sentyabr, 2025
- 12:04
İsrailin müvəqqəti işlər vəkili ölkənin xarici işlər naziri Gideon Saarın açıqlamalarına etiraz əlaməti olaraq İspaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bu barədə "Report" "Al Arabiya"ya istinadən xəbər verir.
"İsrailin xarici işlər nazirinin İspaniya və baş nazirlə bağlı verdiyi qəbuledilməz bəyanatlarına etiraz etmək üçün bu ölkənin İspaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün səhər saatlarında XİN-ə çağırılacaq", - XİN-in bəyanatında deyilir.
Bazar ertəsi Gideon Saar "X" sosial şəbəkəsində canlı yayım zamanı İspaniya hökumətinin başçısı Pedro Sançesi "antisemit və yalançı" adlandırıb. Bu bəyanat baş nazirin Madriddə Fələstin tərəfdarlarının keçirdiyi kütləvi etirazları dəstəkləməsindən sonra verilib.
Son xəbərlər
21:23
Ötən il Naxçıvanda 10 uşaq əməyinin qarşısı alınıb
Sosial müdafiə21:20
Fransa Senatı bu ilin büdcə layihəsini rədd edib
Digər ölkələr21:17
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibinin futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
Futbol21:08
ABŞ və Meksika barışır
Digər ölkələr21:03
Kallas: Aİ Rusiyanı sülhə gəlməyi üçün təzyiqi davam etdirəcək - YENİLƏNİB
Digər ölkələr20:55
"Reuters": Fars körfəzinə ABŞ-nin altıncı esminesi gəlib
Digər ölkələr20:47
Almaniya millisinin sabiq hücumçusu ABŞ klubuna transfer olunub
Futbol20:37
Rusiya klubu "Fənərbağça"nın futbolçusu üçün təklif göndərib
Futbol20:18