İsrail və HƏMAS sülh planının üçüncü və dördüncü bəndlərini həyata keçirməyə başlayıblar

Digər ölkələr
  • 13 oktyabr, 2025
  • 22:45
İsrail və HƏMAS sülh planının üçüncü və dördüncü bəndlərini həyata keçirməyə başlayıblar

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və HƏMAS onun Qəzza zolağında vəziyyətin nizamlanması planının üçüncü və dördüncü bəndlərini həyata keçirməyə başlayıblar.

"Report" xəbər verir ki, o, bunu Sülh Sammitinin yekunları üzrə çıxışı zamanı deyib.

Tramp Yaxın Şərqdə uzunmüddətli sülh üçün bütün ilkin şərtlərin olduğunu bəyan edib: "Birgə işləyib hazırladığımız 20 bəndlik plana sadiqlik bu parlaq gələcəyə nail olmaq üçün zəruri təməl olardı. Biz hazırda bunun üzərində işləyirik. Biz üçüncü və dördüncü mərhələdəyik".

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin həllinə yönəlmiş "hərtərəfli planını" açıqlayıb. Sənəd 20 bənddən ibarətdir.

Son xəbərlər

Bütün Xəbər Lenti