DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub - YENİLƏNİB-6

Futbol
  • 14 oktyabr, 2025
  • 00:40
DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub - YENİLƏNİB-6

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.

Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.

64-cü dəqiqədə Ruslan Malinovski fərqlənib.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.

45+3-cü dəqiqədə ukraynalıların heyətində Vitali Mikolenko avtoqol müəllifi olub.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.

30-cu dəqiqədə Aleksey Quçulyak başla dəqiq oynayıb.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçına start verilib.

"Report"un məlumatına görə, qarşılaşma Krakovdakı "Krakoviya" stadionunda keçirilir.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti