İsrail qırıcıları Livandakı "Hizbullah"ın yeraltı obyektlərinə zərbələr endirib

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 21:08
İsrail qırıcıları Livandakı Hizbullahın yeraltı obyektlərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri bu yaxınlarda Livanın cənubunda və Bekaa vadisinin şərqində "Hizbullah"ın yeraltı silah anbarlarına zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

""Hizbullah" bütün Livan ərazisində terror infrastrukturunu bərpa etməyə cəhdlərini davam etdirir, bu Livan və İsrail arasındakı razılaşmaların açıq şəkildə pozulmasıdır", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti