İsrailin xarici işlər naziri: HƏMAS 19 girovun cəsədini qaytarmayıb

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 23:18
İsrailin xarici işlər naziri: HƏMAS 19 girovun cəsədini qaytarmayıb

İsrailin xarici işlər naziri Qideon Saar deyib ki, Fələstin HƏMAS hərəkatı 19 ölü girovun cəsədini qaytarmamaqla əldə edilmiş razılaşmaları pozur.

"Report"un xəbərinə görə, onun sözlərini ANSA agentliyi sitat gətirib.

"HƏMAS bizə son 19 cəsədi verməlidir. Biz bunu dərhal, bir həftə və ya bir ay sonra deyil, indi təkid edirik. Bu, razılaşmanın pozulmasıdır", - deyə o, bildirib.

O, həmçinin oktyabrın 19-da Misir-Qəzza zolağı sərhəddində Rəfah keçidinin açılacağını deyib: "Bu keçid böyük ehtimalla bu bazar günü açılacaq. Biz bütün lazımi hazırlıqları görürük".

Oktyabrın 13-də səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatı və müttəfiqləri Qəzza sülh razılaşmasına uyğun olaraq anklavda qalan 20 israilli girovu iki ildən sonra azad ediblər. Hərəkat, həmçinin ölən girovların ümumilikdə 10 cəsədini təhvil verib.

Son xəbərlər

Bütün Xəbər Lenti