İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
Digər ölkələr
- 04 oktyabr, 2024
- 23:19
İsrail Hərbi Hava Qüvvələri ötən gün ərzində Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə bir sıra yeni zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum edilən hədəflər arasında silah anbarları, raket qurğuları və digər hərbi infrastruktur obyektləri var idi.
"Hizbullah"ın silahlı tərəfdarlarının ayrı-ayrı dəstələrinə də zərbələr endirilib.
"İsrailin Müdafiə Ordusu “Hizbullah” terror infrastrukturuna hücum etməyə və Livandakı hərbi potensialını zəiflətməyə davam edəcək", - mətbuat xidməti bildirib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Son xəbərlər
23:31
Makron Suriyada rəsmi səfərdədir
Digər ölkələr23:19
Qəzza zolağında HƏMAS-ın təlim idarəsinin komandiri öldürülüb
Digər ölkələr23:05
Kubanın 10 milyon sakini işıqsız qalıb
Digər ölkələr23:00
Foto
DÇ-2026: Portuqaliya - İspaniya oyunu başlayıb
Futbol22:50
Xameninin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib
Region22:42
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib
Elm və təhsil22:29
Foto
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə22:15
Ərdoğanın Trampla görüşünün gündəliyi açıqlanıb
Region22:01