İsrail ordusu Beyrutda "Hizbullah"ın qərargah rəisini hədəf alıb

Digər ölkələr
  • 23 noyabr, 2025
  • 17:58
İsrail ordusu Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyruta hava zərbəsi endirdiyini, hədəfin isə "Hizbullah" administrasiyasının rəhbəri Haytam Əli Tabatabayi olduğunu bildirib.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Baş nazir Binyamin Netanyahunun dəftərxanası da bu məlumatı təsdiqləyib: "Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Beyrutun mərkəzində "Hizbullah"ın hərbi gücünün və silahlanmasının artırılmasına rəhbərlik edən qərargah rəisinə zərbə endirib".

Öz növbəsində, Livanın Milli İnformasiya Agentliyi xəbər verib ki, İsrail ordusu Beyrutun cənub ətraflarına iki raket zərbəsi endirib, nəticədə Dahiyədə, Haret-Xreykdə çoxmənzilli yaşayış binası zədələnib. Yaralılar barədə məlumat verilir, həmçinin avtomobillərə və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Son xəbərlər

Bütün Xəbər Lenti