İsrail Knesseti terrorçular üçün ölüm cəzası haqqında qanun layihəsini təsdiqləyib

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 07:36
İsrail Knesseti terrorçular üçün ölüm cəzası haqqında qanun layihəsini təsdiqləyib

İsrail Knesseti (parlament) terrorçular üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, 120 deputatdan 39-u qanun layihəsinin lehinə, 16-sı isə əleyhinə səs verib.

Plenar müzakirə zamanı İsrail ərəblərinin maraqlarını təmsil edən solçu HADAŞ TAAL blokunun deputatı Ayman Ude ilə milli təhlükəsizlik naziri və ifrat sağçı "Yəhudi gücü" Partiyasının lideri İtamar Ben-Qvir arasında mübahisə yaranıb, mətbuatın məlumatına görə, bu, "az qala davaya çevrilib".

Qanun layihəsi hakim koalisiyanın bir hissəsi olan "Yəhudi gücü" Partiyasının deputatı Limor Son Har-Melex tərəfindən təklif edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti