İsrail 150 fələstinlinin meyitini Qəzzaya qaytarıb

Digər ölkələr
  • 19 oktyabr, 2025
  • 17:29
İsrail 150 fələstinlinin meyitini Qəzzaya qaytarıb

Qəzza zolağının Səhiyyə Nazirliyi İsraildən münaqişə zamanı həlak olmuş 150 fələstinlinin meyitini alıb.

"Report"un məlumatına görə, bu barədə nazirlik sosial şəbəkədə məlumat yayıb.

"Səhiyyə Nazirliyi oktyabrın 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə İsrail hakimiyyəti tərəfindən təhvil verilən 15 meyitin qəbul edildiyini və alınan meyitlərin ümumi sayını 150-yə çatdırdığını bildirir", - məlumatda deyilir.

Nazirlik, həmçinin qeyd edib ki, indiyədək yalnız 25 cəsədin şəxsiyyəti müəyyən edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti