İslamabadda məsciddə terror aktı nəticəsində ən azı 31 nəfər ölüb - YENİLƏNİB-4
- 06 fevral, 2026
- 15:09
İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə DAWN məlumat yayıb.
Partlayış Tarlay rayonundakı "Xədicə əl-Kübra" məscidində baş verib.
Pakistanın Baş naziri Şəhbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib və baş verənləri terror aktı adlandırıb.
İslamabadda məsciddə baş verən partlayış nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Qərb KİV-ləri məlumat yayıb.
Məlumata görə, ən azı 80 nəfər yaralanıb.
Pakistanın Baş naziri Şahbaz Şərif başsağlığı verib və terror aktını pisləyib.
İslamabadda məsciddə baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 80 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı doqquz nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"İslamabadda məsciddə bombanın partlaması nəticəsində ən azı doqquz nəfər xəsarət alıb", - məlumatda bildirilib.
Pakistanın paytaxtı İslamabadda məscidlərdən birində partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, partlayış Xədicətul Kübra məscidində cümə namazı zamanı baş verib.
Xilasetmə xidmətləri hadisə yerindədir. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.