İraq İranın parlament seçkilərinə ABŞ-nin müdaxiləsi barədə bəyanatını pisləyib

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 02:13
İraq İranın parlament seçkilərinə ABŞ-nin müdaxiləsi barədə bəyanatını pisləyib

İraqın Xarici İşlər Nazirliyi (XİN) İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqainin ABŞ-nin ölkənin parlament seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı açıqlamasını pisləyib.

"Report"un məlumatına görə, İraqın nazirliyinin açıqlaması "Shafaq" xəbər agentliyi tərəfindən sitat gətirilib.

"Bu açıqlama təxribat xarakteri daşıyır və İraqın daxili işlərinə açıq və qəbuledilməz müdaxilədir, çünki seçki prosesi yalnız İraq xalqının və onun konstitusiya institutlarının iradəsinə tabe olan sırf milli məsələdir", - nazirlik vurğulayıb.

İraqın Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Bağdad qonşuları ilə balanslı münasibətlər saxlayır. Vurğulanır ki, mehriban qonşuluq münasibətləri suverenliyə qarşılıqlı hörmət və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə ciddi şəkildə riayət olunmasını, onları poza biləcək hər hansı bəyanat, mövqedən çəkinməyi tələb edir.

Xatırladaq ki, 9 noyabrda İraqda parlament seçkilərinin bir hissəsi olaraq təhlükəsizlik xidməti əməkdaşlarının iştirak etdiyi xüsusi səsvermə prosesi başlayıb; ümumi səsvermə 11 noyabrda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti