İranda keçmiş MMA çempionu edam edilib
Digər ölkələr
- 26 may, 2026
- 13:05
İranda keçmiş qarışıq döyüş sənətləri (MMA) çempionu, beynəlxalq hakim Qolamrza Xani Şəkərab İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və casusluqda təqsirli bilinərək edam edilib.
Bu barədə "Report" "Fars" agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, İran hakimiyyəti Şəkərabı İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda və təxribat şəbəkəsinin fəaliyyətində iştırakda təqsirli bilib.
Hökm ölkənin məhkəmə instansiyaları tərəfindən təsdiqləndikdən sonra icra olunub.
Qeyd edək ki, 34 yaşlı Qolamrza Xani Şəkərab keçmiş MMA çempionu, məşqçi və beynəlxalq hakim olub. O, həbs olunmazdan əvvəl Türkiyədə yaşayırdı və ötən il İraqa səfəri zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.
Son xəbərlər
12:25
Tümen NEZ-in ərazisinə PUA düşüb
Digər ölkələr12:18
Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq
Ekologiya12:16
Rusiyanın Ukraynanın Sumı vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb
Digər ölkələr12:08
Fransa meşə yanğınları ilə mübarizə üçün hərbçilərin sayını artırır
Digər ölkələr12:02
TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər
Xarici siyasət11:41
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Digər ölkələr11:35
Gürcüstanda elektrik təchizatı tam bərpa olunub
Region11:31
Ukrayna ABŞ lisenziyası ilə "Patriot" istehsalında Yaponiyanın dəstəyinə ümid edir
Digər ölkələr11:17