Tümen NEZ-in ərazisinə PUA düşüb

Digər ölkələr
  • 25 iyul, 2026
  • 12:25
Tümen NEZ-in ərazisinə PUA düşüb

Rusiyanın Tümen vilayətinin qubernatoru Aleksandr Moor Tümen neft emalı zavodunun (NEZ) ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə qubernator "Telegram"dakı kanalında yazıb.

Onun sözlərinə görə, nəticədə NEZ-də yanğın baş verib.

"Hadisə yerində təcili xidmətlərin mütəxəssisləri işləyir", - A.Moor vurğulayıb.