İsrailin baş naziri Donald Tramp və Hillari Klintonla görüşəcək
Digər ölkələr
- 24 sentyabr, 2016
- 00:05
Bakı. 24 sentyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu bazar günü Nyu-Yorkda ABŞ-da prezidentliyinə namizədlər – Donald Trampla və Hillari Klintonla görüşəcək.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, görüşlə bağlı təşəbbüs İsrail hökumətinin rəhbəri tərəfindən irəli sürülüb. BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş Binyamin Netanyahu prezidentliyə namizədlərlə görüşmək istədiyini bildirib.
Hillari Klintonun seçki qərargahından bildirilib ki, prezidentliyə namizəd İsrail hökumətinin rəhbəri ilə bazar günü görüşəcək. Həmçinin Trampın da köməkçiləri prezidentliyə namizədin Binyamin Netanyahu ilə görüşəcəyini təsdiqləyib.
Son xəbərlər
05:11
DÇ-2026: İspaniyanın Uruqvayla matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol05:10
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41
Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"
Futbol03:32