İŞİD Hələbin şimalında türkmənlərə hücum edib
Digər ölkələr
- 16 iyun, 2015
- 14:40
Bakı. 16 iyun. REPORT.AZ/ Suriyanın Rakka əyalətinin Tel-Abyad rayonundan çıxarılan İŞİD Hələbin şimalında türkmənlərə hücum edib. "Report" xəbər verir ki, bu haqda "al-Jazzira" məlumat yayıb.
Xəbərə görə, İŞİD silahlılarının hücumu nəticəsində həmin ərazidə 50-yə yaxın ev dağıdılıb. Uçqunlar altında qalanların xilas edilməsi istiqamətində işlər görülür.
Məlumata əsasən, mayın 28-də İŞİD Bəşşar Əsəd rejiminə müxalifətin nəzarəti altında olan Savran qəsəbəsi də daxil olmaqla 7 kəndi ələ keçirmişdir. Terrorçular iyunun 16-da müxalifətin nəzarəti altında olan başqa bölgələrə hücum edib.
Xəbərdə bildirlib ki, hücum nəticəsində müxalifətin 8 döyüşçüsü həlak olub, 10-dan çoxu isə yaralanıb.
Son xəbərlər
00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Futbol23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
Digər ölkələr23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
Region23:08
Foto
Video
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Futbol22:41
İspaniya və Ekvador narkotik şəbəkəsinə qarşı ən böyük əməliyyat keçirib
Digər ölkələr22:31