​İndoneziyada iki qatar toqquşub, 40 nəfər xəsarət alıb

Digər ölkələr
  • 23 sentyabr, 2015
  • 14:14
​İndoneziyada iki qatar toqquşub, 40 nəfər xəsarət alıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartada iki qatarın toqquşması nəticəsində azı 40 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda xarici mətbuat məlumat yayıb.

Paytaxtın Cuanda stansiyasında qatarlardan biri digərinə çırpılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbi araşdırılır.