Hindistanda yük avtomobili azı 15 nəfəri vuraraq öldürüb, yaralılar var
Digər ölkələr
- 19 yanvar, 2021
- 03:57
Hindistanda yük avtomobili qazanc dalınca şəhərə piyada gedən və yol kənarında gecələyən 15 günəmuzd işçini vuraraq öldürüb.
Bu barədə “Report” NDTV telekanalına istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə qərbi Qucarat ştatında, Surat şəhərindən təxminən 60 kilometr məsafədə baş verib.
Məlumata görə, yük avtomobili qaranlıqda işçilərin üzərindən keçib. Nəticədə 12 nəfər hadisə yerindəcə həlak olub, daha səkkiz nəfər ciddi xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçü xəstəxanada ölüb, daha bir neçə nəfərin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları hadisənin araşdırılmasına başlayıb.
Son xəbərlər
07:15
Karakasda Prezident sarayının yaxınlığında atışma səsləri eşidilib
Digər ölkələr06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02
Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
Futbol05:45
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Digər ölkələr05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35