Hindistanda leysan nəticəsində ölənlərin sayı 190 nəfəri ötüb
Digər ölkələr
- 27 iyul, 2021
- 09:37

Hindistanın qərbindəki Maharaştra əyalətində son 5 gün ərzində yağan güclü musson yağışları və sel səbəbindən ölənlərin sayı 192 nəfərə çatıb. Dünən daha 28 nəfərin meyiti aşkarlanıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ştat hakimiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, azı 48 nəfər xəsarət alıb, daha 25 nəfər itkin düşmüş hesab olunur. İndiyədək təbii fəlakətin zərər vurduğu rayonlardan 229 074 nəfər təxliyə olunub.
Musson yağışları Maharaştra əyalətinin qərb dairələrində, o cümlədən ştatın paytaxtı olan Mumbay şəhərində selə, sürüşmələrə və dağıntılara səbəb olub. Ötən həftə ərzində ştatın bəzi rayonlarında 600 mm-dək yağıntının düşdüyü bildirilir.
Son xəbərlər
18:06
Zelenski: Ukraynanın əsas təhlükəsizlik zəmanəti güclü ordudur
Digər ölkələr17:53
Səfir: Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili üzərində işləyirik
Xarici siyasət17:49
MPK rəhbərliyi baş məşqçilərlə görüşüb, paralimpiada ilə bağlı planlar müzakirə edilib
Fərdi17:46
Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib
Ekologiya17:42
Fariz Rzayev 20-ci Bled Strateji Forumunda iştirak edib
Xarici siyasət17:41
Cəlilabadda avtomobil qəzasında yaralananların sayı 8-ə çatıb - YENİLƏNİB
Hadisə17:37
PSJ-nin futbolçusu "Qətər" klubuna keçir
Fərdi17:29
Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır
İKT17:25