Hindistanda 470 nəfər daşqınların qurbanı olub
Digər ölkələr
- 22 iyul, 2020
- 07:19

Hindistanın səkkiz ştatında musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 470 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ən çox ölüm halları Qərbi Benqal və Assam ştatlarında qeydə alınıb. Orada Brahmaputra çayının səviyyəsinin yüksəlməsi güclü daşqınlara səbəb olub. Assam ştatında daşqınlar ştatın 33 əyalətindən 25-də 3 min kəndi yerlə yeksan edib.
Qucarat, Maharaştra, Bihar və digər ştatlardan da daşqınlar nəticəsində ölənlərin olması ilə bağlı məlumatlar gəlir.
Təbii fəlakətin zərər vurduğu bölgələrdə təxliyə edilmiş insanlar üçün 800 müvəqqəti düşərgə yaradılıb və artıq təxminən 2 milyon insan oraya yerləşdirilib.
Son xəbərlər
13:24
Yaponiyanın baş naziri istefa verəcəyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr13:20
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirib - YENİLƏNİB
Elm və təhsil13:03
Foto
Atıcılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi12:58
Antalyanın polis rəisi həbs edilib
Region12:48
Nəsimi rayonunda evdə meyit aşkarlanıb
Hadisə12:44
Foto
Bakıda "Koreya səfiri kuboku" keçirilib
Fərdi12:33
Azərbaycan XİN Braziliyanı təbrik edib
Xarici siyasət12:29
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya12:26