HƏMAS ABŞ-ni Qətərə hücumlarda İsraillə əlbir olmaqda ittiham edib

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 19:30
HƏMAS ABŞ-ni Qətərə hücumlarda İsraillə əlbir olmaqda ittiham edib

HƏMAS İsrailin təşkilatın Qətərdəki müzakirəçilərinə hücumunun Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq məqsədi daşıdığını bildirib və ABŞ-ni bu hücumda əlbir olmaqda ittiham edib.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Fauzi Bərhum mətbuat konfransı zamanı deyib.

"Bu cinayət... bütün danışıqlar prosesinin məhv edilməsi idi... Biz iddia edirik ki, ABŞ administrasiyası bu cinayətdə tamhüquqlu ortaqdır", - o deyib.

Barhum bildirib ki, hücum ABŞ Prezidenti Trampın atəşkəs təklifinin müzakirəsi zamanı danışıqlar aparan nümayəndə heyətinə edilib.

O əlavə edib ki, İsrailin Baş naziri Binyamin Netanyahu və onun hökuməti Qətərə hücum edərək bütün beynəlxalq qanunları və normaları pozub.

"İsrailin HƏMAS nümayəndə heyətinin üzvlərini öldürmək cəhdinin uğursuzluğu illüziyalı qələbə istəyini əks etdirir", - hərəkatın sözçüsü açıqlamasında bildirib.